AFFA və “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsi imzalanması barədə razılığa gəlinib.

2022-ci ilin sonunadək bağlanacaq müqavilə əsasında Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar. COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar imzalanma mərasiminin qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulub.
“Kiğılı” şirkəti 1938-ci ildə parça satmaq məqsədi ilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb. Qısa zamanda Türkiyənin ən öndə gedən geyim markalarından birinə çevrilmiş “Kiğılı” ölkə xaricində də fəaliyyətini uğurla davam etdirir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!