Arxitektura-DizaynHandmadePR-TanıtımTəqdimat

Ağac üzərində möhtəşəm sənət əsərləri

Hər şey Talehin dostu ilə kiçik ağac parçaları üzərində şəkillər çəkməyindən başlandı və bu hobbi get-gedə yeni bir işin başlanğıcına çevrildi.

Dostlar bu işin bütün incəliklərini öyrənib, işə ciddi yanaşmağa başladılar və nəticədə Wood burn art Baku komandasını yaratdılar. Onların hazırladıqları əl işləri az bir müddət ərzində bir çox insanlar tərəfindən sevildi.

Axı, dostlar məhz müştərinin istəklərinə uyğun olaraq şəkilləri, portretləri ağaclar üzərində böyük sevgi və həvəslə hazırlayırdılar. Artıq bu əsərlər çoxları tərəfindən tanınır və sevilir.

Dostlar ayrı-ayrı sahələrdə çalışmaqlarına baxmayaraq, bu poliqrafik sənət əsərlərini daha da çox insanlara sevdirmək üçün hər gün bir araya gəlir və yeni planlar üzərində işləyirlər.

Yaxın günlərdə start götütəcək yeni layihədə bu möhtəşəm əsərlərin hamısı ilə vahid çəkildə tanış olacaqsınız.

Hələliksə sizi bu gözəlliklərlə baş-başa qoyub, Wood burn art Baku komandasına uğurlar və daimi müştəri məmnunluğu arzu edirik.

Unutmayın, taxtadan hazırlanmış hədiyyə bir ömür boyu sahibində qalır.

14947483_1749061065355578_185795900871071387_n 14963234_1749061008688917_7624148212059936684_n 14993369_1749060912022260_638481974761942854_n 14495368_1734528376808847_8271282446167122225_n 14523246_1733860780208940_4056392893597924780_n 14642371_1739938979601120_3610268847903825615_n

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!