PR-TanıtımSağlamlıqTəqdimat

Aleksey Yaqudin və Tatyana Totmyanina azərbaycanlılar arasında düzgün qidalanma ənənənsini dirçəldirlər

Buil“HerbalifeNutrition” şirkəti Azərbaycan bazarında beşillikyubileyiniqeydedir. Bu münasibətlə şirkətin səfirləri – fiqurlu konkisürmə üzrəOlimpiya çempionları Aleksey Yaqudin və Tatyana Totmyanina Bakını ziyarət ediblər.

“Four Seasons Baku” hotelində mətbuat konfransı keçirilib: Aleksey Yaqudin və Tatyana Totmyanina balanslaşdırılmış qida üzrə şirkətin eksperti Aleksandr Martınçuk və tədbirin moderatoru Natella Kərimova ilə birgə balanslaşdırılmış qida və ailədə düzgün menyuya riayət olunmaması problemləri ətrafında müzakirə aparıblar.

Mətbuat konfransı zamanı spikerlər media nümayəndələrinin suallarını cavablandırıb, düzgün qidalanma yolunda ailədə birliyin olmasının vacibliyi və çəkiyə nəzarətin xüsusiyyətləri barədə danışıb, həmçinin, rasionları haqqında detalları ilə bölüşüblər.

Bu ailə cütlüyü ardıcıl olaraq 3 mövsümdür şirkətin səfirləridir. Onların sözlərinə görə, bu, düşünülmüş addım idi. Belə ki, onlar üçün keyfiyyətli və dəyərli məhsulla işləmək olduqca vacibdir. Düzgün qida mövzusu ömrü boyu onları müşayiət edir. Peşəkar idmanın artıq keçmişdə qalmasına baxmayaraq, həyat ritmi və məşqlərdəki gərinlik heç də azalmayıb. Məhz buna görə düzgün məhsulların seçimi – onların ailə həyatının əsas maddələrindəndir.

Aleksey Yaqudin ilk öncə vəzifəsi sağlam və faydalı olmaqdan, orqanizmi enerji ilə zənginləşdirməkdən və, nəhayət, onu sadəcə oyatmaqdan ibarət səhər yeməyinin əhəmiyyətini vurğulayıb və bildirib ki, belə halda orqanizm bütün gün üçün gözəl köklənəcək.

Öz növbəsində Tatyana Totmyanina qidalanma zamanı bütün insan vərdişlərinin uşaqlıq dövründən gəldiyini xüsusi vurğulayıb, məhz bu səbəbdən uşaqlara gözəl nümunə olmaq, onlarda düzgün məhsul seçiminin və sağlam rejim təməlini qoymaq çox vacib məsələdir.

Aleksey və Tatyana çox vaxt bunu etmək çətin olduğunu bildiriblər, belə ki, nənələrin nəvələri doyunca necə yedirməkləri hər kəsə məlumdur. Lakin hətta belə hallarda bir o qədər də faydalı olmayan məhsullardan yan keçmək mümkündür.

Aleksandr Martınçuk da ailədə qidalanma vərdişlərinin əhəmiyyətini vurğulayıb, “geniş sümük” və “düzgün olmayan genlər” haqqında mifləri bir daha ifşa edib və bildirib ki, rejim düzgün işlənib hazırlandığı halda istənilən kəs formaya düşə bilər. Aleksandrın sözlərinə görə, bütün yazılmış diyetalar çox vaxt faydasızdır: kimi ac qalır, kimi təkcə şorba yeyir, nəticədə isə həmin şəxs diyetasını pozur və ya sonda müvafiq məhsuldan bezir.

Tədbir çərçivəsində qonaqlara 3 qeyri-adi reseptlə hazırlanmış “Herbalife Nutrition Formula 1” protein kokteyllərini dequstasiya etmək, həmçinin, faydalı yeməyin həm də ləziz olmasını bir daha sübut etmək üçün eksklüziv hazırlanmış ”sağlam menyu” təklif olunub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!