Idman

Almaniya Çempionatı 17-ci tur

Bundesliqa’nın 17-ci turunun açılış matçında son çempion Bavariya səfərdə Frayburq komandası ilə qarşılaşdı. Oyun heç də Bavariya üçün yaxşı başlamadı. Ev sahibi Frayburq matçın artıq 4-cü dəqiqəsində Yanik Haberer’in dəqiq zərbəsi ilə hesabı açdı 1:0. Münhen’lilər bərabərlik qolunu ilk hissənin sonlarında Robert Levandovski vurdu. İkinci hissənin sonlarına yaxın Karlo Ançelotti Riberi’ni döyüşə atdı. Bu əvəzetmə tezliklə özünü doğrultdu. Məhz Fransız futbolçunun ötürməsində sonra Levandovski qələbə topunu Frayburq komandasının qapısından keçirtdi 1:2.

Bavariya’nı qarabaqara izləyən Leypsiq öz meydanında Ayntraxt komandasını qəbul etdi. 3:0 hesabı ilə qələbə qazanan Leypsiq turnir cədvəlindəki 2-ci pillədəki yerini qorudu. Volfsburq komandası matçın 83-cü dəqiqəsində Mario Qomes’in vurduğu yeganə qol sayəsində Hamburq’a 1:0 hesabı ilə qalib gəldi. Dortmund Borussiya’sı səfərdə Verder’dən güclü oldu 2:1. Darmştadt – Borussiya Münhenqladbax və Maynts – Köln qarşılaşmalarında heç-heçə qeydə alındı. Hər iki matç 0:0 hesabı ilə başa çatdı.

16 turdan sonra məğlubiyyətin nə olduğunu bilməyən Hoffenhaym bu turda da məğlub olmadı. Səfərdə 2:0 hesabı ilə qələbə qazanan Hoffenhaym 31 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 17 turdan sonra Bavariya 42 xalla birinci, Leypsiq 39 xalla, ikinci Hoffenhaym komandası 31 xalla üçüncüdür. Freiburg 1 – 2 Bayern Munich Augsburg 0 – 2 Hoffenheim Darmstadt 0 – 0 Borussia Moenchengladbach Schalke 1 – 0 Ingolstadt Werder 1 – 2 Borussia Dortmund Wolfsburg 1 – 0 Hamburger Leipzig 3 – 0 Eintracht Bayer Leverkusen 3 – 1 Hertha Mainz 0 – 0 Cologne

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!