Alpaqut Turan Döyüş sənəti üzrə IV Azərbaycan birinciliyi keçirilib
Şağan İdman Olimpiya Kompleksində Alpaqut Turan Döyüş sənəti üzrə IV Azərbaycan birinciliyi keçirilib. Alpaqut Turan Döyüş Sənəti üzrə IV Azərbaycan Çempionatında ölkəmizin 30 rayonundan 300-dən çox idmançı iştirak edib. Yarış 4 sistem ( Aypara, Batur, Caymaz və Qurşaq ) sistemləri üzrə keçrilirib.
Rəsmi hissənin sonunda alpaqutun inkışafına dəstək olan və çempionata fəxri qonaq qismində dəvət edilmiş şəxslərə Kutsan Vasif Namazov və AAF-nin prezident əvəzi Qüdrət Nuriyev tərəfindən diplomlar təqdim edildi. Sonra Azərbaycan birinciliyində final mərhələsi başladı. Gərgin mübarizə şəraitində və ədalətli hakimlik pirinsipi ilə keçən final mərhələsi başa çatdıqdan sonra qaliblər elan edildi.
Aypara sistemi üzrə komanda hesabı ilə birinci yeri Ağdam, ikinci yeri Suraxanı, üçüncü yeri Sabunçu, Caymaz sistemi üzrə birinci yeri Mingəçevir, ikinci yeri Ağcəbədi, üçüncü yeri Laçın, Batur sistemi üzrə isə birinci yeri “Dinamo” idman klubu, ikinci yeri Laçın, üçüncü yeri Şəmkir rayonunun komandaları tutdular.
Çempionatın sonunda yarış qalibləri mükafatlandırıldı.
Frame.az