AMADA-nın direktoru Şəfəq Hüseynliyə Avropa Şurasında yeni yaradılmış gender bərabərliyi üzrə komitənin sədri vəzifəsi verilib

Azərbaycanın Milli Antidopinq Agentliyinin (AMADA) direktoru, Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli Avropa Şurasında yaradılan Gender Bərabərliyi üzrə Xüsusi Komitəsinə sədrlik edəcək. Xüsusi Komitə Şəfəq Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini daha əhatəli formada həyata keçirmək və onun icrasını dəstəkləmək məqsədi ilə yaradılıb. Gender bərabərliyi Avropa Şurasının baş katibi Mariya Pejcinoviç Buriçin gündəliyində və strateji planında yer aldığı üçün, Şəfəq Hüseynlinin bu layihəsinə böyük dəyər verilib və Xüsusi Komitənin yaradılması qərarlaşdırılıb.

Komitənin yaradılması ilə bağlı Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA)16-17 noyabr tarixində keçirilən 55-ci iclasında razılıq əldə edilmişdi. Belə ki, layihənin həm CAHAMA həm dəAvropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupu çərçivəsində həyata keçirilməsi və bunun üçün Xüsusi Komitənin yaradılması məqsədəuyğun hesab edilmişdi. Beləliklə, Antidopinq sahəsində Gender Bərabərliyi üzrə Xüsusi Komitəsininəsasnaməsi hazırlanaraq bütün üzv dövlətlərə təqdim edilmiş və Şəfəq Hüseynlinin sədrliyindəKomitənin yaradılması  yekdilliklə dəstəklənmişdir.

Komitənin tərkibi sədr Şəfəq Hüseynli, CAHAMA və Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun təyin etdiyi 6ölkəninnümayəndələrindən, Avropa İnsan Hüquqları Məhkəməsinin, Parlament Assambleyasının və onun Bərabərlik və Qeyri-Diskriminasiya Komitəsinin, İnsan Hüquqları və Gender Bərabərliyi Departamentinin, İdman haqqında genişləndirilmiş hüdudlu sazişin (EPAS) və İdman Konvensiyaları Bölməsinin nümayəndələrindən, habelə dəvət edilən müşahidəçi və ekspertlərdən ibarət olacaq.

Komitə“Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrası çərçivəsində antidopinq təşkilatlarında və antidopinq üzrə dövlətlərarası qurumlarda gender balansı haqqında məlumatın toplanmasını həyata keçirəcək, təsis sənədlərinin və daxili qaydaları təhlil edəcək, aşkarlanan uyğunsuzluqların aradan qaldırılması, habelə gender bərabərliyinin gücləndirilməsi üçün tövsiyələr hazırlayacaq. Komitə layihənin effektiv şəkildə həyata keçirilməsi üçün  Avropa Şurasının aidiyyəti digər komitələri, qrupları və üzv dövlətləri ilə əməkdaşlıq edəcək. Komitənin fəliyyətinin və“Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrasının yekunlarına dair hesabat və tövsiyələr hazırlanacaq və Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək.

Qeyd edək ki Şəfəq Hüseynlinin müəllifi olduğu bu layihə Avropa Şurası Nazirlər Komitəsinin noyabrın 24-də keçirilən iclasında da dəstəklənmiş və CAHAMA-nın 2022-2025-ci illər üzrə əsasnaməsinə daxil edilmişdi.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: