IdmanTəqdimat

AMADA “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirib. Ulu Öndər Heydər Əliyevin “Qoy ədalət zəfər çalsın!” sözlərini şüar seçən AMADA-nın keçirdiyi tədbirlər ölkənin bir çox regionlarını və idman növlərini əhatə edib.

AMADA-ya istinadla xəbər veririk ki, Bakı ilə yanaşı, Naxçıvan, Gəncə, Sumqayıt, Tovuz, Qəbələ, Xızı və Suqovuşanda keçirilən müxtəlif idman yarışlarında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi agentlik tərəfindən xüsusi şəkildə qeyd edilib. Gənclər və İdman Nazirliyinin dəstək verdiyi “Qoy ədalət zəfər çalsın!” təşəbbüsünə ölkədə fəaliyyət göstərən bir sıra idman qurumları da qoşulub. Belə ki, AFFA və Peşəkar Futbol Liqasının dəstəyi ilə Azərbaycan Premyer Liqasının 29-cu turunun bütün oyunlarında hakimlər və futbolçular əyinlərində AMADA tərəfindən hazırlanmış “Heydər Əliyev İli” və ədalətli idmanın təşviqinə aid xüsusi geyim və əllərində şüarlarla meydana çıxıblar.

Turun Sumqayıt şəhərində baş tutan “Sumqayıt”-Neftçi” oyununda AMADA-nın İdmançılar məsləhətçi komissiyasının sədri, ədalətli idman elçisi İlham Zəkiyev meydana çıxaraq topa rəmzi vuruş edib. Tovuzda baş tutan “Turan Tovuz”-“Şamaxı” oyununda isə azyaşlı idmançılar böyüklərlə bərabər xüsusi geyimdə meydana çıxıblar. Bundan əlavə AFFA Yüksək Qızlar liqası çərçivəsində oynanılan “Neftçi” – “Sumqayıt” matçında eyni aksiya baş tutub.

Qadın və kişilər arasında voleybol üzrə ölkə çempionatının, habelə Azərbaycan Basketbol Liqasının bir sıra oyunlarında da analoji tədbir keçirilib.

Bundan əlavə, Azərbaycan Velosiped Federasiyasının təşkil etdiyi Azərbaycan kuboku yarışlarının Xızı rayonunda keçirilən üçüncü mərhələsində də “Qoy ədalət zəfər çalsın!” şüarı altında tədbirlər təşkil olunub.

AMADA Naxçıvanda da silsilə tədbirlərini davam etdirib. Belə ki, “Heydər Əliyev İli”nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyində də “Qoy ədalət zəfər çalsın” şüarı altında ədalətli idmanın təşviqi həyata keçirilib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2023” turnirinin işğaldan azad edilmiş Suqovuşanda təşkil edilən mərhələsində də AMADA fəallıq nümayiş etdirib.

AMADA-nın təşəbbüsünə Azərbaycan Gimnastika, Azərbaycan Güləş və Azərbaycan Atıcılıq federasiyaları da qoşulub. Bu federasiyaları təmsil edən idmançılar silsilə tədbirlərdə iştirak ediblər. Bundan əlavə AMADA-nın İdmançılar məsləhətçi komissiyasına üzv olan idmançılar da fəal iştirak edib və təmiz və ədalətli idmanın təbliği işinə öz töhfələrini veriblər.

Qeyd edək ki, AMADA tərəfindən Beynəlxalq Ədalətli İdman Günü ilə bağlı təşkil edilən tədbirlər də məhz “Heydər Əliyev İli” çərçivəsində keçirilib.

“Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlərin yekunun da xüsusi videoçarx da hazırlanıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!