“AmCham” Azərbaycanda etika və komplayens mövzusunda növbəti konfransını keçirib

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) “Azərbaycanda Etika və Komplayens” mövzusunda ikinci konfransını təşkil edib.

“AmCham”ın icraçı direktoru Natəvan Məmmədova, Prezidenti Nuran Kərimov və Direktorlar Şurasının üzvü, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli giriş nitqi ilə çıxış edərək,qanunlara, qaydalara və peşəkar standartlara riayət etməyin və etik biznes davranışı prinsiplərinə uyğunluğun təmin edilməsinin rolu haqqında biznes cəmiyyəti arasında məlumatlılığın artırılmasının ölkədə biznes mühitiningücləndirilməsi üçün vacibliyini vurğulayıblar.

Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokuroru Elnur Hümbətovdövlət tərəfindən davamlı olaraq həyata keçirilən anti-korrupsiya tədbirləri, “ASAN xidmət”in bu sahədəki əhəmiyyətli rolu, həmçinin, etika və əməletmə sahəsində şəffaflığın təmin edilməsi istiqamətində aparılan tədbirlər barədə təqdimatla çıxış edib.

Konfransda iki panel müzakirəsi təşkil edilibki, birinci panelbiznes kontekstində korporativ dəyərlərin gücləndirilməsi üçün əməletmənin vacibliyini, həmçinin, onun daha geniş və sistematik elementlərini işıqlandırıb. Digər panel müzakirəsi üçüncü tərəflərin əməletmə ilə bağlı effektli risk idarəetməsi mövzusuna həsr olunub.

Konfrans interaktiv müzakirəformasında keçirilmiş və işini “sual-cavab” sessiyası ilə yekunlaşdırıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: