CinemaEventsFestivallarTəqdimatTəqdimat

Bakıda ilk dəfə beynəlxalq animasiya festivalı keçiriləcək

Azərbaycanda animasiya filmlərinin inkişafı istiqamətində mühüm addımlar atılır.

19-21 oktyabr 2018-ci il tarixlərində ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Bu barədə Frame.az-a festivalın təsisçisi Rəşid Ağamalıyev məlumat verib:

“Festival üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirərək, Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.

Birinci ANİMAFİLM Festivalının mövzusu – “Azərbaycan  animasiyası”dır.

Azərbaycanın ən yaxşı qısa metrajlı animasiya filminin seçiləcəyi milli müsabiqədən başqa, tamaşaçıları Azərbaycan animasiya tarixinə həsr edilmiş bir sıra tədbirlər gözləyir. Yerli və xarici müəlliflərin müştərək zəhməti hesabına başa gələn “Azərbaycan animasiyası” kitabı da ilk dəfə bu tədbirdə təqdim ediləcək.

Festivalın mövzusu çərçivəsində müəlliflərin iştirakı ilə ən yaxşı Azərbaycan animasiya filmlərinin retrospektivi, “ReAnimasiya” sərgisi, həmçinin peşəkarların ustad-dərslər ikeçiriləcək.”

Festival da iştirak etmək üçün animasiya filmlərinizi və ssenarinizi göndərə bilərsiniz.

Daha çox məlumat əldə etmək üçün festivalın rəsmi səhifəsini və İnstagram səhifəsini izləyə bilərsiniz.

http://www.animafilm.az/

https://www.instagram.com/animafilm.festival/

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!