FestivallarHandmadeMədəniyyətTəqdimat

ANIMAFILM 1-ci Bakı Beynəlxalq Animasiya Festivalı Münsiflər Heyətinin tərkibi elan edilib

Birinci Bakı Beynəlxalq Animasiya Festivalı Azərbaycan, Rusiya, İsrail, Misir, Gürcüstan, İran və Slovakiyadan olan peşəkarlardan ibarət Münsiflər Heyətinin tərkibini elan etdi.

İstedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli münsiflər heyəti: animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndirəcək.

Bundan əlavə, hər bir tamaşaçı, tamaşaçı səsverməsində iştirak etməklə, animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək.

Münsiflər Heyəti Azərbaycan animasiyasının inkişafına verilən töhfəyə görə “Qızıl qayıq” mükafatının verilməsini nəzərdə tutur: Azərbaycanın tanınmış rejissor-animatorunun adı hələ ki, sirr olaraq saxlanılır.

Münsiflər Heyətinin üzvləri həmçinin müsabiqədənkənar və peşəkar proqramlarda da fəal iştirak edəcəklər. Tanınmış Azərbaycan rejissoru Elçin Hami Axundov uşaqlar üçün kağız gəlinciklərin hazırlanması üzrə “Ustad dərsi” keçirəcək, Rusiya rejissoru Cahangir Süleymanov öz filmlərini təqdim edəcək və rejissorluğun sirlərindən danışacaq, Ketevan Canelidze və Məhəmməd Qazala gürcü və Misir animasiyalarının retrospektivlərini aparacaqlar.

ANİMAFİLM Münsiflər Heyətinin hər iki tərkibini təqdim edir: https://animafilm.az/news/jury

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!