“Animated Film Project Pitching” vörkşopunun qalibləri elan olunub

Gürcüstanda keçirilən Birinci Beynəlxalq Animasiya Konfransında “Animated Film Project Pitching” vörkşopunun qalibləri elan olunub.

Frame.az xəbər verir ki, azərbaycanlı iştirakçılar Firəngiz Bağırova və Leyli Salayevanın “Sonuncu lələk” layihəsi vorkşopun qalibi olub və onlara 2022-ci ildə Fontevroda (Fransa) bir aylıq rezidensiya proqramında iştirak etmək hüququ qazandırıb.

Noyabrın 8-12-də Tbilisidə keçirilən 5 günlük vörkşopda 9 Gürcüstan və 1 Azərbaycan animasiya layihəsi iştirak edib. Vörkşop çərçivəsində müəlliflər məşhur Fransız prodüser Olivier Catherinin rəhbərliyi altında layihələrini inkişaf etdirmək və təqdim etmək üçün bənzərsiz bir fürsət qazanıblar.

Xatırladaq ki, “Animfilm” beynəlxalq animasiya festivalı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gürcüstan Milli Kino Mərkəzi və Tbilisi Bələdiyyəsinin dəstəyi ilə “Annecy” beynəlxalq animasiya film festivalı, Gürcüstan Film-Abxazeti Kino Mərkəzi, Kvali XXI Film Studiyası və Saqanima Gürcüstan Animasiya Assosiasiyası tərəfindən təşkil edilən 7-ci “Animated Film Project Development/Pitching” vörkşopuna qoşulub.

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: