QalereyaSərgiTəqdimat

“Art Tover” rəsm qalereyasında növbəti sərgi açılıb

İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Arts School” rəssamlıq məktəbinin şagirdlərinin hesabat sərgisi açılıb.

Frame.az xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşib.

İyunun 5-dək davam edəcək sərgidə 20-dən çox fırça ustasının 30-dək sənət əsəri nümayiş edilir.

2010-cu ildən fəaliyyət göstərən “Art School” məktəbi “Arts Council Azerbaijan” təşkilatının nəzdində gənc rəssamların inkişafı üçün yaradılıb. Məktəbin rəhbəri Sona Quliyevadır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!