EventsMotivasiyaTəqdimat

“Arzularını hədəfə çevir” adlı seminar baş tutdu

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) 13 oktyabr, 2017-ci il tarixində “Arzularını hədəfə çevir” adlı seminarı həyata keçirmişdir.

Seminarın əsas məqsədi gənclərin məqsədlərinə nail olmaq üçün özünə güvənin, bacarıqlarının artırılması, ictimai həyatda fəallığın artması və hədəflərinin doğru müəyyən edilməsidir.

Belə ki, seminarın açılışını Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının (AGAT) sədri Lalə Mehdiyeva açdı və təşkilatın gələcək planları barədə qısa məlumat verdi. Tədbirdə QHT sədrləri, gənc fəallar və aidiyyatı ekspertlər iştirak etmişdir.

Daha sonra seminarda etika üzrə peşəkar təlimçi, beynəlxalq təşkilatlar fandreyzinq üzrə fəaliyyət göstərmiş, Etika Akademiyasının direktoru Günel İbrahim çıxış etdi.

Günel Ibrahim seminarda iştirak edən gənclərə arzunu hədəfə çevirən, onu reallığa yaxınlaşdıran formula barədə motivasiya xarakterli, maraqlı məlumat verdi. O yeni ideya formalaşdırmağın, ilk 5 dəqiqədə özünü uğurlu təqdim etmənin sirləri barədə danışdı.

Tədbirin sonunda AGAT sədri Lalə Mehdiyevaseminarların davamlı olacağını və gənclərin marağına səbəb olacaq belə tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı.

Ülviyyə Ədalətqızı

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!