“ASAN Könüllüləri” Təşkilatının 8 illiyi ilə bağlı tədbir keçirilib

23 dekabr 2021-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının “Könüldən 8 il” tədbiri gerçəkləşib.

“ASAN Könüllüləri Gəncər Təşkilatı” İctimai Birliyinin fəaliyyətə başlamasının 8 ili ilə bağlı təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, tərəfdaş qurumların nümayəndələri, digər könüllü təşkilatlarının rəhbərləri və ASAN könüllüləri iştirak ediblər.

Qonaqlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində reallaşdırılan müxtəlif tədbirlərdən, dövlət proqramlarından bəhs ediblər. Eyni zamanda “ASAN Könüllüləri” Təşkilatı tərəfindən müxtəlif, o cümlədən vətənpərvərlik, karyera, şəxsi inkişaf və s. istiqamətlərdə reallaşdırılan layihələrdən, könüllülərə dəstək proqramlarından söz açılıb. Həmçinin vurğulanıb ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 28000-dən çox könüllü gənc qoşulub.

Sonra Təşkilatın 8 illik fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub və “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının rəqs nömrələri göstərilib.

Həmçinin tərəfdaş qurumlar təltif edilib.

19 dekabr 2013-cü il tarixindən fəaliyyətə başlayan “ASAN Könüllüləri” Təşkilatı bu günə qədər 100000-dək şəxsi əhatə edən 750-dən çox yerli və beynəlxalq layihə, 5000-dən çox təlim, tədbir reallaşdırıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: