SağlamlıqSosialTəqdimat

“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Bir qəlbi də sən isit!” aksiyası zamanı öhdəliyə götürülən 43 uşağın arzusu reallaşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bərdə rayonundan olan kiçik dostlarımıza “Sevinc paylaşdıqca çoxalır” deyərək öz istəklərinə uyğun hədiyyələr təqdim olunub.

Siz də kiçik bir addım ataraq böyük sevinclərə səbəb olmaq istəyirsinizsə, www.asanmektub.az saytına daxil olaraq öhdəliyə məktub götürə bilərsiniz.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!