“ASAN xidmət” Beynəlxalq Autizm Məlumatlandırma Gününü fərqli qeyd edib
5 saylı Bakı, həmçinin İmişli və Sabirabad “ASAN xidmət” mərkəzlərinin təşəbbüsü, “Birgə və Sağlam” İctimai Birliyinin tərəfdaşlığı ilə 2 aprel Beynəlxalq Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbir təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a bildiriblər ki, tədbir çərçivəsində autizmli şəxslərlə birgə bərabər müxtəlif oyunlar keçirilib, xor şəklində nəğmələr oxunulub, əyləncəli vaxt keçirilib.
Həmçinin vətəndaşlar arasında sorğu keçirilib, məlumatlandırma işləri aparılıb.