IqtisadiyyatTəqdimat

“Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinə yeni təyinatlar olub

Ölkənin aparıcı sığorta şirkətlərindən biri “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” SŞ İdarə Heyətinə yeni üzvlər təyin edilib. Bu qərar Şirkətin 16 yanvar 2019-cu il tarixində təşkil olunmuş növbədənkənar Ümumi yığıncağınında qəbul edilib.

Belə ki, adları qeyd olunmuş əməkdaşlar 1 fevral 2019-cu il tarixindən “Atəşgah Həyat” SŞ İdarə Heyətinin tərkibinə qəbul edilib:

Səfərov Mahmud Mürsəl oğlu – “Atəşgah Həyat” Sığorta Şirkəti ASC İdarə Heyəti üzv

Baxşəliyev Xaqani Firdusi oğlu – “Atəşgah Həyat” Sığorta Şirkəti ASC İdarə Heyəti üzv

İmamverdiyev Yusif Rafiq oğlu – “Atəşgah Həyat” Sığorta Şirkəti ASC İdarə Heyəti üzv

Yeni üzvlər “Atəşgah” SQ –da uzun müddət çalışan peşəkar kadrlardır və hazırda Şirkətdə deprtament, eləcə də idarə rəisi vəzifələrini tuturlar.

Hazırda “Atəşgah Həyat” SŞ İdarə Heyətinin sədri Əliyev Azər Əmiraslan oğlu, İdarə Heyəti Sədrinin müavini isə Şirinli Orxan Rasim oğludur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!