FinansIqtisadiyyatTurizmTəqdimat

“Atəşgah” Sığorta Şirkətində Direktorlar Şurası yanında Təşkilati və Dayanıqlı inkişaf üzrə Komitə yaradıldı!

2022-ci ilin sonunda “Atəşgah” Sığorta şirkətinin növbəti 3 il üçün inkişaf strategiyası təsdiqlənmişdir. Strategiya Şirkətin sığortalamanın ənənəvi seqmentləri və növlərində həm sığorta mükafatlarının göstəriciləri üzrə dayanıqlı inkişafını, eləcə də ümumilikdə biznesin maliyyə nəticələrinin artımını nəzərdə tutur. Strategiyada nəzərdə tutulmuş başlıca vəzifələr biznesin səmərəliliyinin artırılmasından və strateji hədəflərin icrasının əsas resursu kimi insan kapitalının inkişafına diqqətin gücləndirilməsindən ibarətdir.

Korporativ mədəniyyətin qorunması, kadr ehtiyatının formalaşdırılması və inkişafı, bilik və təcrübənin gənclərə ötürülməsi prinsipləri Şirkətin idarəetməsinin bütün səviyyələrində aşılanmalı, hər bir əməkdaşımıza aydın və yaxın olmalıdır.

“Atəşgah” SŞ üçün vacib hesab olunan idarəetmə və insan kapitalının inkişafı mövzularını yeni inkişaf mərhələsinə çıxarmaq, korporativ mədəniyyətin davamlı inkişafının və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə sözügedən hədəflərin əsas prioritet kimi müəyyən edilməsi və Direktorlar Şurası tərəfindən onların həyata keçirilməsinə nəzarətin təmin edilməsi üçün Şirkətdə Direktorlar Şurası yanında Təşkilati və Dayanıqlı inkişaf üzrə Komitə yaradılmışdır. Komitənin vəzifələri bütün qeyd olunan istiqamətlərin sistemli inkişafının təmin edilməsindən ibarət olacaq. 

“Atəşgah” SŞ Şirkətin təşkilati və dayanıqlı inkişaf üzrə direktoru vəzifəsinə Sevinc Məmmədova təyin edilmişdir. Sevinc Məmmədova eyni zamanda Şirkətin Təşkilati və Dayanıqlı inkişaf üzrə Komitəsinə rəhbərlik edəcək. Sevinc xanım ölkəmizin dövlət qurumlarında, o cümlədən Xarici İşlər Nazirliyində, son 5 il ərzində isə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyində çalışmış, bundan əlavə beynəlxalq maliyyə institutlarında və kommersiya sektorunda fəaliyyət göstərmiş şəxs kimi böyük və zəngin iş təcrübəsinə malikdir. Sevinc xanımın peşəkar təcrübəsi və mütəxəssis bilikləri Şirkətin korporativ mədəniyyətinin təkmilləşdirilməsində, insan kapitalının idarəetməsində mühüm rol oynayacaq və Şirkətin dayanıqlı inkişafına yeni təkan verəcəkdir.

Azərbaycan Sığorta Bazarının liderlərindən olan “Atəşgah” Sığorta 1996-cı ildən müştərilərinə daha əlçatan olmaq və çevik xidmət göstərmək naminə 50-ə yaxın fərqli sığorta növü təklifi ilə 12 ofisdə fəaliyyət göstərir!

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!