“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni təyinat

Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzv seçilib.

Belə ki, Direktorlar Şurasının qərarına əsasən Günel Rəhimova“Atəşgah” SŞ-nin  İdarə Heyətinin üzvü vəzifəsinə  təyin edilmişdir.

Rəhimova  Günel Cəfərağa qızı  2011-ci ildə “Atəşgah” SŞ-nə işə qəbul olaraq “Anderraytinq və təkrarsığorta” şöbəsində müxtəlif vəzifələr tutmuşdur. 0, 2015-ci ildə – şöbə müdiri, 2018-ci ildə isə “Sığorta risklərinin qiymətləndirilməsi” idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.  Peşəkar fəaliyyəti çərçivəsində bir çox nailiyyətlər qazanmış Günel Rəhimova “Chartered Insurance Institute”-nin diplomunu və “Assurance Medical Underwriting Society”-nin sertifikatını əldə etmişdir.

Qeyd edək ki, hazırda “Atəşgah” SŞ-nin İdarə Heyətinin sədri vəzifəsini Əliyev Azər Allahverdi oğlu, İdarə Heyəti Sədrinin müavini vəzifəsini isə İsmayılov Fuad Faiq oğlu və Rzayev Orxan Faid oğlu icra edirlər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: