EventsFinansIqtisadiyyatTəqdimat

“Atəşgah” Sığorta Şirkəti ətraf mühitin qorunması üçün nələr edir?

25 illik fəaliyyəti ərzində “Atəşgah” Sığorta Şirkəti ətraf mühitin mühafizəsi və təbiət tərəfindən bəşəriyyətin varlığı üçün bizə bəxş olunan sərvətlərin qorunub saxlanılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirmişdir.

Frame.az xəbər verir ki, şirkətin reallaşdırdığı korporativ sosial məsuliyyət yönümlü tədbirlər sırasına ötən gün keçirilən #trashtag aksiyası da əlavə olunmuşdur.

Çimərlik mövsümünün açılışı ilə əlaqədar şəhərkənarı ərazilərə insan axınının artması səbəbilə, burada məişət tullantılarının həcminin artması da müşahidə olunur. Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mərdəkan qəsəbəsi ərazisində keçirilən bu tədbirdə “Atəşgah” Sığortanın işçi heyəti tərəfindən 10 torbadan çox məişət tullantıları toplanaraq, emal üçün müvafiq quruma təqdim edilmişdir.

Tədbir zamanı aparılan müşahidələr nəticəsində ətrafda daha çox plastik tullantıların olduğu müəyyən edilib. Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. Hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarının olduğunu nəzərə alaraq, ekologiyaya bu istiqamətdə dəyən zərərin azaldılması məqsədilə ölkəmizdə bir çox tədbirlər həyata keçirilir.

“Atəşgah” Sığorta Şirkətinin əsas məqsədi də ətraf mühitin təmizliyinə diqqət yetirilməsini təbliğ etmək, təbiətimizin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və vətəndaşları ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Bununla yanaşı, fəaliyyətinin 25-ci ilində “Atəşgah” Sığorta Şirkətinin rəhbərliyi tərəfindən şirkətin növbəti strateji dövründə ESG-transformasiyasının tətbiqinə qərar verilmişdir. Xatırladaq ki, ESG-transformasiyasının əsas  məqsədi ağıllı texnologiyalar və yenilikçi yanaşmalar tətbiq edərək iqtisadiyyatın  fərqli sektorlarının ətraf mühitə vurduğu mənfi təsirini minimuma endirməkdir.

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!