Frame LifeMotivasiya

“AtaHolding”in əməkdaşı UNEC tələbələrinə təlim keçib

Aprelin 26-da xüsusi olaraq UNEC tələbələri üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçirilib.

Təlimdən öncə UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev Azərbaycana ilk dəfə holdinq idarəetmə mədəniyyətini gətirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq təşkil edən “AtaHolding”lə uğurlu əməkdaşlıqdan söz açıb. Bu nüfuzlu qurumun mütəmadi UNEC tələbələri üçün təşkil etdiyi təlimlərin faydasını vurğulayıb.

Təlimdə “AtaHolding”in əməkdaşı Elməddin Hüseynov fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin monitorinqi və davamlı inkişafın təmin edilməsi mövzuları haqqında UNEC tələbələrinə ətraflı məlumat verib. Həmçinin, iştirakçılar arasında fəaliyyətin planlanması və biznes prosesin tərtibi ilə bağlı qrup çalışması keçirilib.

Məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və insan resurslarının idarəedilməsi ilə bağlı məsələlərə toxunulub.

Sonda Elməddin  Hüseynov təlimlə bağlı fikirlərini bildirib: “UNEC tələbələri təlimə böyük maraq göstəriblər. Düşünürəm ki, onlar əldə etdikləri məlumatlardan həm tələbəlik dövründə, həm də gələcək iş həyatında faydalanacaqlar”.

Sonda təlimdə iştirak edən tələbələrə sertifikat təqdim edildi.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel”  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!