FinansTəqdimat

“AtaSığorta” ASC yeni nümayəndəliklərini istifadəyə verdi

Müştəri məmnuniyyətini artırmaqda səylərini əsirgəməyən “AtaSığorta” ASC yeni nümayəndəliklərini müştərilərin xidmətinə verdi. Açılış mərasimində “AtaSığorta” ASC-nin İdarə Heyətinin üzvləri, departament və şöbə rəhbərləri iştirak etmişdir. Müasir tələblərə tam cavab verən yeni nümayəndəliklər “BAKI” Nümayəndəliyi Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 33 ünvanında, “YASAMAL” Nümayəndəliyi Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 24 ünvanında, “GƏNCLİK” Nümayəndəliyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr. 29 ünvanında fəaliyyət göstərəcəkdir.

Xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir.Yeni açılmış nümayəndəliklər Bakı şəhərində yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcəkdir.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir.  Şirkət 28 sığorta növü – 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 40-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!