EkologiyaFaydamız OlsunFrame LifeSağlamlıqTəqdimat

“Dəniz Mall” ticarət və əyləncə mərkəzində viktorina və rəsm müsabiqəsi keçiriləcək

Martın 22-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Dəniz Mall” ticarət və əyləncə mərkəzində uşaqlar arasında suya qənaət, suyun mühafizəsinə həsr olunmuş viktorina və rəsm müsabiqəsi keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd Dünya Su Günü ilə əlaqədar suyun əhəmiyyəti, su resurslarından səmərəli istifadə və su ekosistemlərinin mühafizəsi məsələlərinə uşaqların, o cümlədən ictimaiyyətin diqqətini çəkməkdir.

Viktorina və müsabiqədə iştirak edən təbiətin kiçik dostlarına ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif kitablar hədiyyə ediləcək.

Tədbir saat 12:00-da başlayacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!