IqtisadiyyatTurizmTəqdimat

ATB və “Flynas” aviaşirkəti arasında əməkdaşlığın genişləndirilməsi üzrə memorandum imzalanıb

Dekabrın 20-də Azərbaycan Turizm Bürosu (ATB) ilə  Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə “Anlaşma Memorandumu” imzalanıb.

Memorandum sənədini ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid və “Flynas” aviaşirkətinin beynəlxalq satış üzrə vitse-prezidenti Abdulilah Aleidi imzalayıb.

Sənəd özündə qarşılıqlı təcrübə mübadiləsi, hər iki ölkə arasında turizmin inkişafı üçün potensial fəaliyyətlərin təşviqi, eləcə də turist axınına təkan verəcək birgə layihələrin işlənib hazırlanmasını ehtiva edir.

Florian Zenqstşmid müxtəlif turist təcrübələri, sadələşdirilmiş elektron viza prosesi və birbaşa uçuşlarla daha çox Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycana cəlb edilməsinin hədəfləndiyini qeyd edib.

O bildirib ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 93 611 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 dəfə artım deməkdir. Həmçinin bu rəqəm pandemiyadan sonrakı dövrdə bərpanın 91%-ni təşkil edir.

“Flynas” rəsmisi Abdulilah Aleidi öz növbəsində təmsil etdiyi şirkətin 2018-ci ildən etibarən Səudiyyə Ərəbistanından Azərbaycana uçuşlar həyata keçirən ilk hava yolları şirkəti olduğunu və imzalanan memorandumun Azərbaycana ediləcək səfərlərə öz müsbət töhfələrini verəcəyini qeyd edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!