EventsIqtisadiyyatTəhsilTəqdimat

ATGTİ “Avropa Gənclər Kartı” Assosiasiyasının 34-cü yubiley konfransında təmsil olunub

Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGTİ) sədri, Milli Məclisin deputatı Şahin İsmayılov Lissabon şəhərində keçirilən Avropa Gənclər Kartı Assosiasiyasının 34-cü konfransında iştirak edib.

ATGTİ-dən Frame.az-a bildiriblər ki, iyunun 5-dən 10-dək keçirilən konfrans Avropa Gənclər Kartının gəncləri ruhlandırması, onlara yeni biliklərin aşılanması, cəmiyyətə cəlb edilməsi, gənclərin yeni düşüncələri ilə dəyişiklik yaradan bir qüvvəyə çevrilməsi uğrunda istiqamətlərin axtarılmasına, daha üstün nailiyyətlərin əldə edilməsinə həsr olunub.

Konfransda ATGTİ-nin təqdimatı nümayiş etdirilib və ölkəmizdə həyata keçirilən gənclər siyasəti, “Azərbaycan Gəncliyi 2017-2021” Dövlət Proqramı haqqında danışılıb. Respublikada təhsil alan tələbələrə İttifaqın təşkilatçılığı ilə paylanılan Azərbaycan Tələbə Kartı barədə məlumat verilib. Vurğulanıb ki, Azərbaycanda təhsil alan tələbələrin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə hazırlanmış Azərbaycan Tələbə Kartı tələbələrə tamamilə ödənişsiz paylanılır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!