EventsFrame LifeTəqdimat

Bakıda VIII beynəlxalq “The First 2017” mükafatı təqdim edilib

Oktyabrın 18-də Bakıda “Xəyal production”ın təşkilatçılığı ilə VIII beynəlxalq “The First 2017” mükafatının təqdimatı keçirilib.

Frame.az xəbər verir ki, Dövlət Müstəqilliyi Günündə təşkil olunan gecədə Milli Məclisin deputatları, Azərbaycan və Türkiyənin tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə mükafatın təsisçisi, “Xəyal Production”ın rəhbəri Xəyal Rza bütün iştirakçıları salamlayaraq, mükafat barədə məlumat verib.

Bildirilib ki, bu mükafat təkcə mədəniyyət sahəsində deyil, elm, idman və digər müxtəlif sahələrdə uğur qazanan şəxslərə verilir. 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərən “Xəyal Production” ilin ən yaxşılarını müəyyənləşdrimək üçün “The First” (“Birinci”) mükafatının təltifini davam etdirir. Səkkizinci ildir ki, “The First” mükafatının təqdimat mərasimi təşkil olunur. Belə ki, “Xəyal Production” 2009-cu ildən bəri adları hər kəsə məlum olan şirkətləri, iş adamlarını, sənət adamlarını, bir sözlə, ilin ən yaxşılarını seçərək mükafatlandırır.

Gecədə “The First”in 8 illik keçdiyi yola nəzər salan videoçarx nümayiş olunub.

Sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.

Tədbirdə Xalq Yazıçısı Anar, Xalq artistləri Firəngiz Əlizadə, Vaqif Mustafayev, Rasim Balayev və Alim Qasımova “Şərəfli ömür” mükafatı təqdim olunub. Mükafatlandırılanlar təşkilatçılara təşəkkürlərini bildiriblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!