EventsTəqdimat

“Aura” Sağlamlıq mərkəzində skvoş yarışı keçirildi

5 fevral tarixində “Excelsior Hotel Baku” otelinin “Aura” Sağlamlıq mərkəzində skvoş yarışı keçirildi. İlk öncə “Aura” Sağlamlıq mərkəzinn meneceri Səbinə Yusifova iştirakçıları “Aura” Sağlamlıq mərkəzi haqqında məlumat verdi. Səbinə Yusifova bildirid ki, “Aura” Sağlamlıq mərkəzində skvoş ilə peşəkarcasına məşğul olmaq üçün 2 skvoş zalı var.

Həmçinin, “Aura” Sağlamlıq mərkəzində şirkət əməkdaşları arasında korporativ idman yarışları keçirmək üçün hər bir şərait var. Burada stolüstü tennis yarışı, skvoş yarışı və böyük tennis yarışı keçirmək mümkündür.
Skvoş – idmanın raketkalı növüdür. Skvoşu iki nəfər və ya iki cütlük oynaya bilər. Bu günə skvoş ən nüfuzlu və populyar idman növüdür. Qapalı kortda skvoş oynayarkən raketka ilə topu növbə ilə divara elə vurmaq lazımdır ki, rəqib çaşsın və əvvəlki oyunçudan sonra onu qaytara bilməsin. Skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdə enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir. Ona görə də skvoş fəal isitirahət etmək və ya arıqlamaq, ya da sadəcə oyundan həzz almaq istəyənlərin oyunudur.

Qaliblərə sertifikatlar verildi. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!