“Avro–2020”: Ukrayna Portuqaliyanı, İngiltərə isə Bolqarıstanı məğlub edib
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi üzrə səkkizinci turun növbəti oyunları keçirilib.
Frame.az xəbər verir ki, turun ən böyük hesabı A qrupunda yer alan Bolqarıstan və İngiltərə oyununda qeydə alınıb. Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb – 0:6.
Ukrayna millisi isə öz meydanında Portuqaliya yığmasını 2:1 hesabı ilə məğlub edərək B qrupunun lideri kimi vaxtından əvvəl 2020-ci il Avropa çempionatına vəsiqə qazanıb.
Günün 7 qarşılaşmasında aşağıdakı hesablar qeydə alınıb:
“A” qrupu:
Bolqarıstan – İngiltərə – 0:6;
Kosovo – Monteneqro – 2:0.
“B” qrupu:
Litva – Serbiya – 1:2;
Ukrayna – Portuqaliya – 2:1.
“H” qrupu:
Fransa – Türkiyə – 1:1;
İslandiya – Andorra – 2:0;
Moldova – Albaniya – 0:4.