Covid-19Frame LifeSağlamlıqTəqdimat

“AVROMED” şirkəti maraq doğuran bütün suallarla bağlı bəyanat verib

Son aylar Azərbaycanda COVID-19 xəstələrinin sayının artması ilə birlikdə ölkə apteklərində koronavirusun müalicəsində istifadə olunan dərmanları tapmağın mümkün olmadığı və mövcud dərmanların isə həddindən artıq baha qiymətlərlə satıldığı barədə fikirlər daha da çoxalıb. “Avromed” QSCAzərbaycanda əczaçılıq məhsullarının ən böyük idxalçılarından biridir və18 illik fəaliyyəti ərzində dünyanın 40-dan çox ölkəsindən 200-dən çox əczaçılıq şirkəti ilə işgüzar əlaqələr qurmuşdur. “Avromed” şirkəti tərəfindən ölkəyə idxal olunan dərman və tibbi məhsulların, həmçinin parafarmasevtik məhsulların çeşidliliyi 17 mini ötür.

“Avromed” şirkətimətbuatdadərc olunan xəbərlərə aydınlıq gətirib və ölkə əhalisini maraqlandıran sualları cavablandırıb.

Son zamanlar sosial şəbəkələrdə və mətbuatda Arbidol, Favipiravir və koronavirus infeksiyasına qarşı mübarizədə istifadə olunan digər dərmanların apteklərdə tapılmaması və ya şişirdilmiş qiymətlərlə satılması ilə bağlı şikayətlər davamlı olaraq gündəmə gəlir. Bununla yanaşı, tez-tez bu məsələ ilə bağlı məhz “Avromed” günahlandırılır.

-“Avromed” respublikaya dərman idxal edən yüzdən artıq yerli şirkətdən biridir. Pandemiyanın bütün dünyada yayılması koronavirusun müalicəsində istifadə olunan dərmanlara tələbatın güclüartımına səbəb oldu və bu da öz növbəsində həmin dərmanların istehsalçıları tərəfindən satış kvotalarınınazaldılmasına və idxal prosesindəbəzi səngimələrin yaranmasına gətirib çıxardı.

Dərman qiymətləri istehsalçıların satış qiymətləri əsasında formalaşır. Qeyd etmək istərdik ki, bu istiqamətdə pandemiya zamanı hər hansı dəyişiklik baş verməyib və bizim tərəfimizdən heç bir süni qiymət artımından söhbət gedə bilməz. Şirkətimiz bizimlə əməkdaşlıq edən bütün apteklərə Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərlə dərman satmalarını davamlı olaraq tövsiyə edir.

Yeri gəlmişkən, biz sözügedən dərmanlardan biri olanFavipiravirin yerli bazara yeganə idxalçısı deyilik, bununla yanaşı apteklərə onu ən aşağı – rəqiblərdən təxminən 30% ucuztopdansatış qiymətinə təklif edən məhz bizim şirkətimizdir.

– Bu nə ilə əlaqədardır?

– Biz Hindistan şirkəti “Glenmark Pharmaceuticals”ın istehsal etdiyi Favipiraviri (satışa təqdim olunduğu ad – Fabiflu) idxal edirik. Favipiravirin istehsalını Yaponiya, Türkiyə və digər ölkələrdə dərman istehsalı ilə məşğul olan bir çoxşirkətlər həyata keçirir. Ancaq aktiv maddənin formulu bütün dərmanlarda eynidir. Lakin bəzi dərman satıcıları müəyyən ölkədə istehsal olunan Favipiravirin Hindistan istehsalı Fabifludan daha yaxşı olduğunu iddia edərək, onu əhaliyə 5-6 qat baha qiymətə satırlar.

Qeyd edək ki, virus əleyhinə Favipiravir (satışa təqdim olunduğu ad – Fabiflu)dərmanının Hindistanda “Glenmark Pharmaceuticals” tərəfindən aparılan 3-cü Faza klinik tədqiqatının nəticələri barədə dərc edilmiş məlumatlarda, yüngül və orta dərəcəli COVID-19 xəstələrinin klinik sağalma müddətində əhəmiyyətli dərəcədə azalma olduğusübut edilib.

– Bu gün apteklərdə olan qiymətlər Tarif Şurasının müəyyən etdiyi qiymətlərə uyğundurmu? Şirkətinizin dərmanların yekun faktiki dəyərinə təsir etmək imkanıvarmı?

 – “Avromed” idxalçı şirkətdir. İstehsalçılardan alınan dərmanları aptek şəbəkələrinə və klinikalara Tarif Şurasının təyin etdiyi qiymətlərlə satırıq. Bizim fəaliyyətimiz tamamilə şəffafdır, qanunidir və bütün dərmanların satışı sənədləşdirilmişdir. Bazarda pərakəndə satış qiymətlərinə nəzarət etmək üçün dövlət qurumları ilə sıx əməkdaşlıq edirik. Təəssüf ki, qeyri-etik davranış nümayiş etdirənbəzi apteklər və ya onların işçiləri vəziyyətdən fərdi olaraq sui-istifadə edərək dərman qiymətlərini dəfələrlə şişirdirlər. Bütün aptekləri humanist davranmağa və dərman qiymətlərini şişirtməməyə çağırırıq.

– Şişirdilmiş qiymətlərlə qarşılaşdıqda vətəndaşlar nə etməlidirlər?

– Vətəndaşlardan bu mövzuya daha həssasyanaşmalarını və apteklərdə dərmanların əsassız yüksək qiymətləri ilə qarşılaşdıqda bu barədə müvafiq dövlət qurumlarını xəbərdar etmələrini xahiş edirik.

– Artan dərman tələbatınıqarşılamaq üçün idxalınhəcmini artırmaq mümkündürmü?

 – Dərmanları hər bir ölkə üçün istehsalçı tərəfindən təyin olunan kvotalara əsasən idxal edirik. Müəyyən dərmanlara tələbat yüksəldikdəistehsalçılarla kvotanın artırılması üçün daima danışıqlar aparırıq.Həmçinin Tarif Şurasının təyin etdiyi qiymətlərdən kənara çıxa bilmədiyimiz üçün dərmanları daha yüksək qiymətə satan başqa şirkətlərdən ala bilmirik. Bu vəziyyətdə vətəndaşlardan həyəcana qapılmamağı və ehtiyac olmadığı təqdirdə dərman almamağı xahiş edirik, çünki bu, bəzən bazarda müəyyən dərmanın qıtlığına yol açır. Pandemiya zamanı bəzi dərmanlara tələbat on, hətta yüz dəfələrlə artdı! Məsələn, Arbidola olan tələbat 100-150 dəfə (1000-1500%) artmışdır.

– Apteklərlə tibb müəssisələri arasında dərmanların paylanması hansı sxemə əsasən aparılır?

 – İlk növbədə koronavirusa yoluxmuş insanların müalicə olunduğu dövlət tibb müəssisələrini dərmanlarla təmin edirik. Bundan sonra isə dərmanlar digər tibb müəssisələrinə və apteklərə paylanılır.

– Bir neçə gün əvvəl sosial şəbəkələrdə dövlət tərəfindən koronavirus xəstələrinə pulsuz təqdim olunandərman paketlərini apteklərin satmağa başladığı ilə bağlı şikayətlər meydana çıxdı…

 – TƏBİB nümayəndələri artıq bu mövzu ilə bağlı rəsmi açıqlama veriblər. Şirkətimiz həm evdə müalicə alan xəstələrin, həm də apteklərə müraciət edən vətəndaşların artan tələbini nəzərə alaraq xüsusi COVID-19 paketi hazırlamağa və satışa təqdim etməyə qərar verdi. Ancaq texniki səhvə görə paketin içərisinəyanlışlıqla TƏBİB-inflayeriqoyulmuşdu və bu da öz növbəsində cəmiyyətdə belə kəskin reaksiyaya səbəb oldu. Lakinbiz dərhal bu məsələni həll etdik. Təqdim etdiyimiz paketlərin TƏBİB-in vətəndaşlara pulsuz təqdim etdiyi COVID-19 paketləri ilə əlaqəsinin olmadığnı bir daha təkrar edirik.

Avromed”in yerli bazarda payı nə qədərdir?

 – Azərbaycana idxal olunan dərmanların təqribən 20%-ni biz idxal edirik. Respublikada 100-dən çox yerli idxalçışirkət var. Buna baxmayaraq, cəmiyyətdədemək olar ki, bütün dərmanların “Avromed” tərəfindən yerli bazara gətirildiyi və buna görə də meydana çıxan sualların daha çox şirkətimizlə əlaqəli olduğu fikri formalaşıb.

Yerli bazarda ən böyük idxalçılardan biriyik, ancaq eyni dərmanlar digər şirkətlər tərəfindən də Azərbaycana idxal edilir. Nəzərə alınmalıdır ki, idxal etdiyimiz dərmanlar ümumi bazarın yalnız 1/5 hissəsini təşkil edir, buna görə də yaranan hər hansı dərmanla bağlı yaranan çatışmazlıqyalnız bizim şirkətlə əlaqəli deyil.

 Bu yaxınlarda cənab Prezident yaxın gələcəkdə planlaşdırılan vaksinləmə ilə bağlı açıqlama verdi. “Avromed” bu prosesdə hər hansı formada iştirak edirmi? Vaksinidxal etməyi planlaşırdırsınızmı?

 – Hazırda “Avromed”vaksin idxalı iləməşğul deyil. Ancaq biz bu məsələ ilə bağlı hər an dövlətə dəstək verməyə, idxal prosesini aktivləşdirməyə vəvaksinin paylanmasına kömək etməyə hazırıq.

– “Avromed”in millət vəkili Cavanşir Feyziyevlə əlaqələri barədə mütamadi olaraq mətbuatda xəbərlər çıxır. Şirkətlə cənab Feyziyev arasında maliyyə və ya hüquqi baxımdanhər hansı əlaqə mövcuddurmu?

 – Millət vəkili Cavanşir Feyziyev ilə “Avromed” şirkəti arasında heç birəlaqəninolmadığını qətiyyətlə bəyan edirik. C. Feyziyev 1 dekabr 2010-cu il tarixinədək “Avromed”in direktoru vəzifəsində çalışmış və 2016-cı ildə şirkətdəki səhmlərini satmışdır. Beləliklə, dörd ildən çoxdur ki, cənab Feyziyevin şirkətimiz və onun rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, güman ki, şəxsi səbəblərdən cənab Feyziyevin və ya “Avromed” şirkətinin nüfuzuna xələl gətirmək istəyənlər tərəfindən belə məqalələr dərc edilir.

– “Avromed” korporativ sosial məsuliyyət sahəsindəbu il hansı addımları atıb?

 – Qeyd edək ki, “Avromed” 18 ildir ki, yerli bazarda uğurla fəaliyyət göstərir. Şirkətimiz 1200-dən çox əməkdaşıüçün ikinci evə çevrilib, fəaliyyət sahəsindəki ən böyük vergi ödəyicilərindən biridir. Məsələn, bu il büdcəyə 23 milyon manatdan çox vergi köçürmüşük. 10 regional ofislə yanaşı, yaxın gələcəkdə Qarabağda da filial açmağı planlaşdırırıq. Bununla, şirkətimiz azad edilmiş torpaqların inkişafına öz töhfəsini vermək niyyətindədir.

Təkcə bu il “Avromed” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500.000 manat köçürüb, həmçinin ahıllar evindəki yaşlılar və pansionatda çalışan işçilər daxil olmaqla 300-dən çox insanın koronavirusdan qorunması və sağlamlıqlarının müdafiəsi məqsədilə onları tibbi maska, spirt və digər gigiyenik vasitələrlə təmin edib. Bundan əlavə, döyüş əməliyyatlarının aktiv mərhələsində cəbhə bölgələrinə 10.000-dən çox tibbi maskalar göndərdik, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 1.000.000 manat vəsait köçürdük. Həmkarlarımızın döyüş əməliyyatlarında iştirakını da xüsusi qeyd etməliyik. Müharibə başlayandan bəri 50-dən çox əməkdaşımız cəbhəyə yollandı və Vətənimizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşdu, onlardan biri şəhidlik zirvəsinə yüksəldi.

Həmçinin “YAŞAT” Fonduna da əhəmiyyətli töhfə verməyi planlaşdırırıq. Bu barədə məlumat qısa müddətdə ictimaiyyətə təqdim ediləcək.

Fürsətdən istifadə edərək “Avromed” şirkəti Azərbaycan xalqını 30 ilə yaxındır gözlədiyimiz böyük qələbə münasibətilə təbrik edir! Azərbaycan xalqı olaraq qazandığımız bu qələbədən sonra bütün dünyaya öz əzəmətimizi, həmrəyliyimizi və vətənpərvərliyimizi bir daha göstərdik!

– Gələn il üçün şirkətin planları nədən ibarətdir?

– Gələn il şirkət iş proseslərində yeni texnoloji həllər tətbiq etməyi planlaşdırır. Texniki imkanlarımızı müasirləşdirməyi və dünyanın istənilən nöqtəsindən dərman idxalında liderliyimizi qoruyub saxlamağı təmin edən innovativ texnologiyalar tətbiq etməyi hədəfləmişik. Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə dərman idxalında fasilələrin yarandığı bir dövrdə şirkətimizin sırfdüzgün koordinasiyalı və texniki cəhətdən mükəmməl qurulmuş işi sayəsində həm idxal, həm də satınalma prosesini demək olar ki, fasiləsiz yerinə yetirə bildik.

Frame.az

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!