EventsMotivasiyaTəqdimat

Sumqayıt məktəbləri arasında Milli İntellektual Xəmsə oyunu təşkil olundu

Next Tuition Centre-nin “Ümummilli Lider Heydər Əliyevin Əziz Xatirəsinə Həsr Olunmuş” Sumqayıt məktəbləri arasında təşkil etdiyi Milli İntellektual Xəmsə oyununda 3 məktəbdən 12 komanda yarışa başlamışdı.

Oyunun 1\4 mərhələsi növbəli olaraq 1 aydan artıq idi ki, həftəsonları məktəblərdə və Next Tuition Centre-də keçirilirdi.

Komandalar arasında davam edən gərgin mübarizədən sonra Sumqayıt şəhəri 11 nömrəli, Sumqayıt şəhəri 3 nömrəli, Füzuli rayon 7 saylı məktəblərindən cəmi 7 komanda yarım finala vəsiqə qazanmışdılar. Yarım final və Final mərhələləri Next Tuition Centre və Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə əməkdaşlığı çərçivəsində Sumqayıt Şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olundu.

İntellektual oyunu ön sözlə Next Tuition Centre-nin baş direktoru Kamran Məmmədov himnimizin səslənməsindən sonra açdı və Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürova və Sumqayıt şəhər Təhsil şöbəsindən Salam İsmayılzadəyə çıxış üçün söz verildi. Sumqayıt şəhər 11 nömrəli məktəbin “ Penta” və “Hard-working” , 3 nömrəli məktəbin “Xəzər” və “Odlar Yurdu” , Füzuli rayonunun 7 saylı məktəbinin isə “Qarabağ” və “Füzuli” komandaları, Sumqayıt məktəblilərinin həvəskar “Sülh” komandası yarım finalda yarışdılar. Finalda isə “ Penta” ,“Hard-working”,”Odlar Yurdu” və “Qarabağ” komandaları mübarizə apardılar.

Nəticə olaraq, Sumqayıt şəhəri 11 saylı məktəbin “Hard-Working” komandası oyunun qalibi oldu. Müvafiq olaraq, “Penta” və “Qarabağ” komandaları II və III yerləri paylaşdılar. Sonda kubok və sertifikatlar şəhərimizin rəsmilər tərəfindən təltif edildi.

Qaliblər və iştirakçılarla xatirə şəkilləri çəkildi.Təşkilatı dəstək üçün “Sumqayıt İntellektual Oyunlar” klubundan Seymur Salamov və Vüqar Ağayevə xüsusi təşəkkürlər bildirilir. Mövzuların və sualların məktəblilərin bilik səviyyəsinin artırılmasına yönəlməsi məktəb direktorları və müəllimlərin, bütün iştirakçıların və eyni zamanda yarışa azarkeşlik edənlərin rəğbətini qazandı. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!