EventsFaydamız OlsunTəqdimat

Bakıda məşhur şokolad brendi Patchi «Heart made» ikinci butikini açdı-FOTO-lar

Dekabrın 3-də 28 May küçəsi, 9B ünvanında məşhur şokolad brendi Patchi «Heart made» ikinci butikini açdı.

Dünya üzrə yüzdən artıq butiklə, istənilən mərasim üçün nəzərdə tutulan yüksək keyfiyyətli nəfis şokolad, gümüş məmulatları və hədiyyələri ilə Patchi artıq üç onillikdən artıqdır ki, insanlara xidmət göstərməkdədir.

Toy, yeni dünyaya gələn körpənin doğumunun qeyd edilməsi, təhsilin bitməsi və digər mərasimlərdən bütün növ bayram və şənliklərə kimi Patchi sizin ehtiyac və zövqünüzə cavab verəcək gözəl tərtibat və dadlar təklif edir.

Bu yeni açılan nəfis tərtib olunmuş, müasir məkan sizə lüks şokolad brendindən gözləyə biləcəyiniz keyfiyyətli şokolad,  yüksək səviyyəli hədiyyələr və gümüş məmulatları təklif edəcəkdir.

Patchi Azərbaycan butikinin açılışı şokolad sevərlər üçün əsl bayramdır və bu hələ son demək deyildir.

Patchi yalnız özünün bu keyfiyyətdə yaratdığı dizayner məhsullu şokoladlarının şirinliyinin bütün dünyaya yayılıb daha çox insana bu şokolad ləzzətindən həzz almaq imkanı vermək niyyətindədir.  Frame.az

http://www.facebook.com/Patchi/videos/735414483195160/

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!