SağlamlıqTəqdimat

Azərbaycanda koronavirus infeksiyasına daha 4189 yoluxma faktı qeydə alınıb, 2072 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4189 yoluxma faktı qeydə alınıb, 2072 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Frame.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 133 min 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 81 min 234 nəfər müalicə olunaraq sağalıb, 1510 nəfər vəfat edib. Aktiv xəstə sayı 50989 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 781 min 218 test aparılıb. Bugünkü test sayı isə 17609-dur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!