Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilmişdir
8 iyun 2017-ci il tarixdə Bakıda Alman – Azərbaycan Xarici Ticarət Palatası və “Azpromo” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə əməkdaşlıq çərçivəsində Avropa İttifaqı nümayəndəliyinin təşkilatçılığı ilə Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilmişdir.
Bu forumun məqsədi Azərbaycanda fəaliyyət göstərən və Azərbaycan bazarında maraqlı olan Avropa şirkətləri və müəssisələrinə peşəkar platformanın təqdim edilməsidir ki, həmin platforma çərçivəsində onlar ölkədə cari işgüzar mühiti müzakirə edə və etibarlı biznes münasibətləri yarada bilərlər.
Forumun əsas müzakirə mövzuları Azərbaycanda iqtisadi islahatlara, kənd təsərrüfatı və qida, ekoloji texnologiyalar, nəqliyyat və logistika, İKT və elektron kommersiyaya həsr olunmuşdur. Tədbir qrup şəklində müzakirə və seminarlardan, eləcə də işgüzar dairələrin görüşündən ibarət olmuşdur.
Forumda beynəlxalq birliklər də daxil olmaqla müxtəlif şirkətlərin 400-dən artıq nümayəndəsi iştirak etmişdir.
Eyni zamanda foruma hökumətin rəsmi nümayəndələri, müvafiq dövlət müəssisələrinin ekspertləri və beynəlxalq şirkətlərin nümayəndələri də qatılmışdır.
Onların içərisində “Asan İmza” mobil elektron imzanın operatoru olan “Best Solutions” şirkətinin rəhbəri xanım Yana Krimpe də qrup şəklində müzakirələrdə iştirak etmiş və mobil rəqəmsal imza, elektron imzaların transsərhəd tanınması sahəsində innovasiyalar və digər aktual mövzuları işıqlandırmışdır.
Frame.az