FinansFrame LifeSosialTəqdimatƏn Son

Balaca Bankirlər“AFB Bank”-da

Azərbaycanın aparıcı banklarından olan “AFB Bank” dünyanın qabaqcıl şirkətləri arasında məşhur olan maraqlı sosial layihəyə imza ataraq iş gününün bir hissəsini uşaqlara həsr edib.

Belə ki, “AFB Bank” –ın əməkdaşlarının övladlarına valideynlərinin iş yeri ilə tanış olmaq və bununla yanaşı, əyləncəli vaxt keçirmək fürsəti yaradılıb. “AFB Bank”-ın Müşahidə Şurasının Sədri Elnur Qurbanov və İdarə Heyəti Sədrinin müavini Natiq Namazov uşaqlarla görüşüb, daha sonra onlar bankın müxtəlif departamentlərinin iş prosesi ilə tanış olublar.

Bankın Baş ofisində qısa gəzintidən sonra uşaqlar üçün əyləncəli proqram təşkil olunub.

Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.Bu xidmətləri barədə daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!