Avropa İttifaqı rəsmilərinin Azərbaycan regionlarına səfəri

Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun (DG NEAR) Avropa Komissiyası bölmə rəhbərləri Lourens Meredit və Mark Conston Avropa İttifaqının maliyyələşdirdiyi layihələrlə tanış olmaq üçün Şamaxı və İsmayıllı rayonlarına səfər edəcək.
Frame.az xəbər verir ki, səfər ərəfəsində Lourens Meredit açıqlamasında deyib ki, Avropa İttifaqının (Aİ) regionların və kənd yerlərinin inkişafına göstərdiyi dəstək Azərbaycanla əməkdaşlığımızın əsas prioritetlərindən biridir: “Bizim layihələrimizin kiçik və orta müəssisələrlə, ailə biznesləri ilə birbaşa işlədiklərini, onlara bilik və bacarıq aşılamaqla bizneslərinin inkişaf etdirdiklərini, yein iş yerləri və imkanlar yaratdığını bilmək mənə xoşdur”.
Layihə səfəri zamanı bölmə rəhbərləri Şamaxıda Aİ-nın maliyyələşdirdiyi Kənd Yerləri və Regionların İnkişafına Dəstək üzrə Texniki Yardım layihəsinə baş çəkəcək. 6 milyon AZN büdcəsi olan və 2017-ci ilin yanvar ayında başlayan layihə iqtisadiyyatın şaxələndiriləməsinə və Quba-Xaçmaz, Dağlıq Şirvan və Göyçay regionlarının davamlı inkişafına töhfə verir. Layihənin əsas komponentlərindən biri regional inkişaf planlarının proqramlaşdırılması və həyata keçirilməsində hədəf rayonları dəstəkləməkdir ki, burada yerli hakimiyyət qurumları, çoxsaylı özəl və dövlət tərəfdaşları fəal iştirak edir. Bölmə rəhbərləri Şamaxıda İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədovla görüşərək Aİ-Azərbaycan arasında kənd yerləri və regionların inkişafı istiqamətindəki əməkdaşlığı müzakirə edəcək. Onlar Şamaxının Məljək kəndində Aİ layihəsindən bəhrələnmiş fermerlə görüşəcək.
Ismayıllıda Avropa Komissiyası nümayəndələri regionların və kənd yerlərinin inkişafı üçün Slow Food Beynəlxalq Təşkilatının həyata keçirdiyi digər qrant layihəsindən faydalanan kiçik təsərrüfatçılarla görüşəcək. Büdcəsi 1.7 milyon manat olan 3 illik layihəyə keçən ilin sentyabr ayında start verilmiş, məqsədi yerli kulinariyanı, biomüxtəlifliyi, mədəni irs və davamlı gəlir mənbələrini qorumaqdır. Layihə kiçik ev təsərrüfatı istehsalçılarının gəlirini artırmağa, kənd turizmini təşviq etməyə yardım edəcək. Layihə səfəri zamanı Bölmə rəhbərləri İsmayıllı rayonunun bu layihədən faydalanmış İvanovka kəndinə də səfər edəcək, Slow Food konsepsiyası ilə təşviq olunan seçilmiş ərzaq məhsullarının tamına baxacaq.
Sərçivəsində onlar  xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə və iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədovla da görüşəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: