FutbolIdman

Avropa Liqası: 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb

UEFA Avropa Liqasının 1/4 final və yarımfinal mərhələlərinin, eləcə də Bakıda keçiriləcək final qarşılaşmasının püşkü atılıb.

Frame.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunmuş mərasimdə cütlərin tərkibi müəyyənləşib.

1/4 final

“Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)

“Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya)

“Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya)

“Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)

1/2 final

“Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə) cütünün qalibi – “Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya) cütünün qalibi

“Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya) cütünün qalibi – “Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə) cütünün qalibi

Finalda nominal meydan sahibi “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya) cütünün qalibi – “Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə) cütünün qalibi olacaq.

Qeyd edək ki, adları birinci çıxan komandalar ilk oyunu evdə keçirəcəklər. Aprelin 11-də və 18-də 1/4 final, mayın 2-də və 9-da yarımfinal, mayın 29-da isə Bakı Olimpiya Stadionunda final görüşü keçiriləcək.

Ülviyyə

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!