EventsMüsabiqələrƏyləncə

“Avropanı gəz, duy və kəşf et”

Avropa İttifaqı məmnuniyyətlə “Avropanı gəz, duy və kəşf et” adlı fotoşəkil müsabiqəsinin başlandığını elan edir! Avropa İttifaqı ölkələrində çəkilmiş fotoşəkillərinizi göndərərək hədiyyə qazana bilərsiniz.

MÜSABİQƏ TARİXİ: Müsabiqə artıq açıqdır və fotoşəkillərin təqdim olunması üçün son tarix: 27 sentyabr 2016-cı il, saat 00:00.

NECƏ MÜRACİƏT ETMƏLİ: Müsabiqəyə daxil olmaq üçün jpg., pdf. və ya png. formatda olan şən, kreativ, peşəkar və ya qeyri-peşəkar fotolarınızı, eləcə də selfilərinizi eurovillagephotocontest@ceo.az ünvanına göndərməli və adınızı, yaşınızı, telefon nömrənizi, şəklin qısa təsvirini (harada çəkilib və s.) əlavə etməlisiniz.

RAZILAŞMA: Təqdim olunan bütün fotoşəkillər Avropada çəkilmiş olmalıdır. Fotoşəkli təqdim etməklə onun siz tərəfdən Avropada çəkildiyini və müəllif hüququnun sizə məxsus olduğunu təsdiq etmiş olursunuz. Eyni zamanda, təqdim olunmuş fotoşəkillərin Aİ tərəfindən “Avropa Şəhərciyi” tədbirinin istənilən təşviqat materiallarında məhdudiyyətsiz çapına, Facebook səhifəsində istifadəsinə razılıq vermiş olursunuz.

QİYMƏTLƏNDİRMƏ: Fotoşəkillər Aİ Səfiri və iki xüsusi qonaq daxil olmaqla üç nəfərdən ibarət jüri tərəfindən qiymətləndiriləcək. Fotoşəkil müsabiqəsinin qalibləri 1 oktyabr tarixində keçiriləcək “Avropa Şəhərciyi” tədbiri zamanı elan ediləcək, bu barədə məlumat bizim İnternet saytımızda və Facebook səhifəmizdə elə həmin gün saat 12:30-da yerləşdiriləcək.

MÜKAFAT: 5 ən yaxşı finalçının göndərdiyi fotoşəkillər “Avropa Şəhərciyi” tədbiri zamanı Aİ stendində nümayiş etdiriləcək və hədiyyə də məhz oradan əldə olunacaqdır. Müsabiqə iştirakçıları göndərdikləri fotoşəkillərin seçilib-seçilmədiyini bilmək üçün 1 oktyabr tarixində keçiriləcək “Avropa Şəhərciyi” tədbiri zamanı Aİ stendinə baş çəkməlidirlər.

Hədiyyə
1-ci yerin qalibi – Fotoaparat
Digər qaliblər – Müxtəlif hədiyyələr

Frame.az

14054958_1099316423496752_8344254104642846247_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!