FashionTəqdimat

İncəsənət, şou-biznes, dəb aləmi və iş sferasında ən yaxşılar kimlərdir ?

Word Beauty Congress (Dünya Gözəllik Konqresi) unikal ümumdünya mükafatı” Most Fashionable Awards 2019 “-u təqdim edir.

Təşkilat komitəsinin sədri Zamir Hüseynov qeyd elədi ki, mükafatın məqsədi bütün dünyada öz sahəsi üzrə professional olan və uğurlarını başqaları ilə bölüşə biləcək ən uğurlu və məşhur insanları təyin etməkdir. Mükafatlandırma Rumıniyanın Avropa Parlamenti tərəfindən, “Avropanın mədəniyyət paytaxtı ” seçilən Timişoara şəhərində keçiriləcək. “Most Fashionable” mükafatlandırma tədbirinin məqsədi təkcə ən yaxşıları təyin etməklə yekunlaşmır, eyni zamanda müxtəlif sahələrin insanlarını eyni atmotsferdə birləşdirib, unikal təcrübə və bilikləri paylaşma, özünü və işini yeni çərçivələrlə dolğunlaşdırma imkanı yaradır.

Mükafatlandırma ərəfəsində xüsusi gecə və ziyafət təşkil olunacaq. Bu ziyafətdə bütün kontinentlərdən öz işinin ən yaxşıları bir-biri ilə münasibət qurub, təcrübə və bilikləri ilə bölüşüb eləcə də dostluq və partnyorluq üçün unikal imkanlar əldə edəcəklər.

Mükafatlandırma ideyasını və inisiativini Avropanın və Amerikanın öndə gedən biznesmenləri və media şəxsləri , Hollivud ulduzları, əsasən də Maykl Nobel özü dəstəkləyir. Ancaq hər şeydən öncə “Most Fashionable” üçün laureatlar seçilməlidir. Ən yaxşıları bir çox nominantlar üzrə bütün ölkələrdə təyin etmək üçün şəffaf səsvermə keçiriləcəkdir. Səsvermə zamanı nominantların sosial profillərindən (instagram, facebook) istifadə olunacaq. Prosesdə həmçinin jurilər və idarə heyəti də səs vermə hüququna malikdirlər. Juri heyətinin hər biri öz sahəsinin profesionallarından təşkil olunacaqdır. Birinci mərhələdə Top – 5 seçimləri aşağıda göstərilən qaydalar üzrə baş tutacaqdır:

– Juri üzvlərinin üç fəxri nümayəndəsi hərəsi bir nominant olmaqla üç nominant seçəcək

– Dördüncü finalçı idarə heyyətinin səs verməsi ilə seçiləcək

– Beşinci finalçı isə sosial səsvermə nəticəsində ən çox səs toplamış iştirakçı kimi qeydə alınacaq və Top-5-ə daxil olacaq

Bütün bu seçimlərdən sonra Top-5 iştirakçılarının şəkilləri yenidən sosial şəbəkədə səs verməyə çıxarılacaq və ən çox səs toplamış şəxs “Most Fashionable Awards” mükafatına layiq görüləcək.

Yaxşılardan ən yaxşıları bütün iştirakçı ölkələr üzrə Rumıniyada yığışacaqlar və möhtəşəm “Opera Timişoara” səhnəsində “Most Fashionable Awards” mükafatını alacaqlar. Başqa ölkələrdən gəlmiş kolleqaları ilə birlikdə bu mərasimin üç günlük proqramı əsasında Rumınyada 6 saatlıq qala nahar, harda ki, iştirakçılar həm öz kolleqaları , həm də onları maraqlandıran digər sahələr üzrə insanlarla tanışlıq yarada biləcəklər. Misal üçün, şərab şirkətləri otellər və restoranlara, otellər isə xarici turizm kompaniyalarına, aktyor və aktrisalar, xarici ölkələrin rejissorlarına təqdim olunacaq, beləcə də digər başqa sahələr üzrə.

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!