Aygün Kazımovanın möhtəşəm 30 il adlı yubiley solo konserti keçiriləcək
Xalq artisti, Azərbaycan estrada səhnəsinin divası sayılan Aygün Kazımova 22 sentyabr tarixində Baku Crystal Hall-da möhtəşəm “30-il” adlı solo konsert ilə çıxış edəcək. A.Kazımovanın sənətdə olmasının 30 illik yubileyinə həsr olunan bu konsertdə siz yaradıcılıq dövrü ərzində divanın oxuduğu hitləri eşidəcəksiniz. Konsertin möhtəşəmliyindən isə layihə üzərində çalışan professional komandanın olması xəbər verir.
Rejissor və xoreoqraf Red Bentifor gənclər və İdman Nazirliyinin birbaşa dəstəyi ilə həyata keçiriləcək konsertin üzərində işləyir. O bir çox böyük dünya şoularını, o cümlədən “Paris Notr-dam kilsəsi” və “Romeo və Cülyetta” kimi məşhur müziklləri səhnəyə qoymuş fransız rejissordur. O, Bakıda artıq bir aya yaxındır ki, xalq artisti ilə konsertə hazırlaşır. Konsert zamanı səhnədə xarixi və yerli rəqqaslar yer alacaq.
Layihənin ulduzlarından biri Aygün Kazımovanın dəvət etdiyi səs rejissoru Jerar Albodur (İngiltərə). O, Rihanna, Anasteyşa, Betti Smit kimi dünya ulduzlarının öz layihələrinin “səs”ini etibar etdiyi birinci səviyyəli səs rejissorudur. Həmçinin o Emi Uaynhausun şəxsi səs rejissoru olub.
Konsert üzərində işləyən səhnə tərtibatçısı bir çox məşhur xarici filmin səhnə tərtibatçısı və rəssamı argentinalı Santyaqo Fernandedir. O beynəlxalq TV məkanında yayımlanmış ingilis və amerikan reklam çarxlarının rejissoru olub.
Konsertin prodüseri aktyor, müğənni Stefani Mqebrişvilidir. Klipləri Beyons və Ledi Qaqa ilə bərabər MTV cədvəllərinə düşən və bütün dünyada təqdim olunan yeganə gürcüdür. VOICE musiqi şousunun son üç mövsümündə o münsiflər heyətində olub, təzəlikcə o X-FACTOR-da münsiflər heyətində iştirakını başa vurub. O, Gürcüstanda mindən çox konsert layihələrinin rejissoru və prodüseri olub.
Səhnə geyimlərinin hazırlanmasını Aygün Kazımova kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay və Türkiyə Moda həftələrində nümayiş etdirilən ilk və yeganə həmyerlimiz dizayner Rüfət İsmayılova həvalə edib.
Konsertin dekoru ilə Gürcüstandan Tea Teliya məşğuldur. Rejissorun köməkçiləri -Françesko Zaveçia (İtaliya), Nataliya Pere (İtaliya), Cimmi Vayrpn (Fransa). “Aygün Kazımova – 30 il” layihəsinin rəhbəri -Şahin Qurbanov (Azərbaycan).
Konsertin musiqi prodüseri- “RAST” qrupunun bədii rəhbəri, Azərbaycanın əməkdar artisti Rəşad Həşimovdur.
Frame.az