Azərbaycan Çempionu İstanbulda ağır məğlubiyyətə uğrayıb

“Azerreyl” Çempionlar Liqasının qrup mərhələsində səfərdə qarşılaşdığı “Fənərbağça” komandasına hər üç setdə məğlub oldu. (25:12, 25:19, 25:9)

Komandamız yalnız ikinci setdə rəqibinə ciddi müqavimət göstərə bilib. Bu nəticədən sonra “Fənərbağça” xallarını 6-ya çatdıraraq birinci pillədə möhkəmlənib.

“Tauron MKS Dabrowa Gornicza” 3 xalla qrupda ikinci, “Azərreyl” 3 xalla üçüncü , “ST-Raphael Var VB” komandası isə 0 xalla sonuncu pillədə yer alıb.

( PƏRVİN BAYRAMOV ).

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: