Azərbaycan ilə Qazaxıstan İKT sahəsində müzakirələr aparıb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycan ilə Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Qazaxıstan tərəfindən həmsədri, ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb.

Nazirlikdən Frame.az-a bildirilib ki, görüşdə nəqliyyat və İKT sahəsindəki ikitərəfli əməkdaşlığımız müzakirə edilib. Ölkələrimiz üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması üçün dəhliz üzərindəki daşıma tariflərinin unifikasiyası, gömrük prosedurlarının sinxronlaşdırılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Baxıt Sultanovun başçılıq etdiyi Qazaxıstan nümayəndə heyəti Azərbaycan ilə Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasında iştirak məqsədilə ölkəmizdə səfərdədir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: