EventsLəzzətli BölümTəqdimat

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Türkiyədə-FOTO-lar

02-05.02.2017-ci iltarixində Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Türkiyənin İstanbul şəhərində keçirilən 15-ci Beynəlxalq Mətbəx Festivalında iştirak edib. Tədbirdə 27 ölkədən ( Azərbaycan, Pakistan, Ukrayna, İsrail, Ruminiya, Xorvatiya, Tunis, Kipr, Serbiya, Moldova, Koreya,Tacikistan və s.) 1800 aşpaz 70 kateqoriyada yarışdılar. Festivalda Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov (münsif qismində), Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvləri: Araz Əhmədov, Pərviz Abdullayev, Adil Cəfərov, Sərxan Məmmədov, Nicat Babayev, Xanım Mirzəyeva, Çinarə Hacıyava, Azadə Musabəyli ( komanda kapitanı), Nigar Mövludova (tərcüməçi qismində) iştirak edirdi.

03.02.2017-ci il tarixdə komandamızdan JP7- balıq sinfindən : Nicat Babayev gümüş, Pərviz Abdullayev gümüş, Xanım Mirzəyeva bürünc, Çinarə Hacıyeva qızıl medal, JP9 – ana yemək sinfindən Nicat Babayev bürünc, Pərviz Abdullayev bürünc, Xanım Mirzəyeva bürünc, Çinarə Hacıyeva gümüş medal , SP1- müasir mətbəx sinfindən Araz Əhmədov qızıl medal, SP2- quzu sinfindən Sərxan Məmmədov- qızıl, Adil Cəfərov- gümüş , SP3 -balıq sinfindən Sərxan Məmmədov -qızıl, Adil Cəfərov- bürünc medal, 04.02.2017-ci il tarixində JPT1- Gənclər komanda sinfindən (Nicat Babayev, Pərviz Abdullayev, Xanım Mirzəyeva) 4-cü yer fərqlənmə diplomu , 05.02.2017-ci il tarixində SPT1- Qara qutu sinfində (Araz Əhmədov, Sərxan Məmmədov, Nicat Babayev) yaxşı nəticə göstərərək gümüş medal və 3-cü yer üzrə kuboka layiq görüldülər. Beləliklə, I yer kubokunu Tunis, II yer kubokunu Türkiyə, III yer kubokunu isə Azərbaycan qazanmışdır. Ümumilikdə komandamız 13 fərdi sinifdən : 4 qızıl, 4 gümüş, 5 bürünc medal, 3 komanda sinfindən bir gümüş medal, 3-cü yer üzrə kubok, 4-cü yer üzrə fərqlənmə diplomu ilə təltif olunmuşdur. Beləliklə 16 sinfin 15-ində komandamız yüksək nəticə göstərmişdir.

Bu yarışa biz Azərbaycandan özümüzlə “Azersun Holding” şirkətinin istehsalı olan “Super Sun” yağlarını aparmışıq. Hesab edirik ki, yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi.
Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası keyfiyyətli məhsullarına görə “Azersun Holding” şirkətinə və daimi dəstəyinə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığını bildirir.

Tədbirdə komandanın tərkibi əsasən gənclərdən ibarət oldu. Komanda üzvlərindən 4 nəfər ilk dəfə , 2 nəfər isə ikinci dəfədir ki, beynəlxalq yarışlarda iştirak edirdi.
İlk dəfə iştirak edənlərdən Azərbaycan Turizm və Menencment Universitetinin 4-cü kur tələbəsi Çinarə Hacıyeva iki yarışdan bir qızıl və bir gümüş , 5 nömrəli Peşə litseyinin müəlliməsi isə iki fərdi yarış sinfindən 2 bürünc və 1 komanda yarışından 1 fərqlənmə diplomu almışdır. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!