Azərbaycan Rəqs üzrə Açıq Kuboku-2019 keçiriləcək
8 dekabrAzərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası təşkilatçılığı ilə Sərhədçi İdman Olimpiya Mərkəzində “Azərbaycan Rəqs üzrə Açıq Kuboku 2019” adlı rəqs müsabiqə keçiriləcək. Yarışmaya təşkilatı dəstək Jam Group komandası tərəfindən göstərilir.
Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov deyir – “Müsabiqənin keçirilməsinin əsas məqsədi müxtəlif müasir və ictimai rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, Azərbaycanı Dünya və Avropa çempionatlarında təqdim etmək üçün rəqqasların və kollektivlərin seçimi, həmçinin Azərbaycanın və yaxın xaricdə rəhbərlər, xoreoqraflar, müəllimlər və rəqqaslar arasında təcrübə mübadiləsi, sağlam həyatın təşviqi və uşaqların, yeniyetmələrin və gənclərin müasir və ictimai rəqs növləri ilə məşğulluğa cəlb olunmasıdır.”
İştirakçılar yaş kateqoriyalarına bölünürlər. Baby (4-7 yaş), uşaq ( 7-10 yaş ), yunior ( yeniyetmələr 11-15 yaş), ergin ( böyüklər 16 yaşdan yuxarı).
Hər bir janırda bu kimi nominasiyalar var: solo, duet, kiçik qruplar və ansambılar.
Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır (bu proses mükafatlandırma zamanı açıqlanır). Seçim iştirakçının qeydiyyat nömrəsi ilə aparılır.Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.
Qeydiyyat üçün əlaqə nömrələri.
Az.gencler@mail.ru
+994124971236
+994502502293
+994502502280