IqtisadiyyatTurizmTəqdimatƏn Son

Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Esvaiti Krallığının Turizm Təşkilatı əməkdaşlıq haqqında Memorandum imzaladılar

Memorandum oktyabrın 25-də Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü çərçivəsində imzalanıb. Memorandumu AZTA rəhbəri Nahid Bağırov və Esvaiti Turizm Təşkilatının (Eswatini Tourism Authority) rəhbəri xanın Lindia Nxumalo (Lindia Nxumalo) imzaladılar.

Anlaşma Memorandumunun əsas məqsədi, iki qurum arasında əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı turizm axınının təmin olunması, eləcə də, Afrikanın azərbaycanlı turistlər tərəfindən kəşf edilməsidir. Memorandum həmçinin AZTA-nın turuzm təbliğatı təcrübəsinin Esvaiti Turizm Təşkilatının mütəxəssisləri ilə bölüşməsini nəzərdə tutur.

Imzalanma mərasimində həmçinin Esvatinın Ictimai xidmət naziri Kristian Ntshanqase, Ticarət naziri, senator Manqoba Khumalo, İnvestisiyaların Təşviqi Təşkilatının nümayəndələri Sibahi Mnqomezulu, Martin Masilela və digərləri iştirak etdilər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!