Azərbaycan və Mərkəzi Asiya turizm assosiasiyaları memorandum imzalayıblar
İyunun 25-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Mərkəzi Asiyanın Sənaye Turizmi Assosiasiyası arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi turizm sahəsində iki dövlət arasında əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, iki ölkənin maraqlarını əsas götürərək turizmin inkişafının güclü və effektiv təşviqini aparmaq, eyni zamanda bu cür əməkdaşlığın ümumi maraqlara xidmət etməsinə və xalqların iqtisadi, mədəni, sosial inkişafının möhkəmlənməsinə töhfə verməkdir.
Tədbirdə vurğulanıb ki, Asiya bazarı Azərbaycan turizmi üçün prioritet istiqamətdir və imzalanan memorandum bu regiondan Azərbaycana daha çox turistin cəlb edilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Tədbirdə Mərkəzi Asiyanın Sənaye Turizmi Assosiasiyasının rəhbər şəxləri ilə yanaşı, yerli turizm şirkətlərinin nümayəndələri də iştirak ediblər.
Hər iki qurum bundan sonra da turizm sahəsində faydalı əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün lazımi işlərin görüləcəyini bildirib.
İmzalanmadan öncə Mərkəzi Asiyanın Sənaye Turizmi Assosiasiyasının nümayəndələri yerli turizm şirkətlərinin iş fəaliyyəti ilə tanış olublar. Onlara Azərbaycanın turizim potensialı haqda geniş məlumat verilib.
Frame.az