EventsTəqdimat

Azərbaycan Xalça Muzeyində “Ailə günü” adlı tədbir keçirilib

Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir təşkil olunub.

Frame.az-ın məlumatına görə, “Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulub.

İştirakçılara tədbirdə boşqab üzərində rəsm çək, dibçək qablarını rənglə, qolbaq düzəlt, “Tilda” kuklasını yarat, Yekaterina Kirçu ilə yumşaq oyuncaq hazırlayaq, çay daşları üzərində rəsm çək, öz xalçanı yarat (kompyuter oyunu), pazlı yığ, mini-ekskursiyalar (geyim və tikmə; xalça məmulatları, saxsı və mis qablar; xalçalar üzərində zərdüşlük motivləri), nağıl saatı – uşaq yazıçısı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət, Bakı Uşaq Teatr əməkdaşlarının iştirakında nağıl qəhrəmanları ilə əylən, Azərbaycan cizgi filmləri və HUMEL Psixologiya Mərkəzi ilə birlikdə ailə gerbini yarat – psixokorreksiya metodikası olaraq ailə daxili münasibətlərin möhkəmləndirilməsi, valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması və digər bir-birindən maraqlı proqramlar təqdim olunub.

Həmçinin məhşur memar Elçin Əliyev uşaqlara Abşeron memarlığının tarixindən danışıb. Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birini çəkib və Elçin müəllimin seçidiyi ən yaxşı 5 rəsm əsərinin müəllifinə mükafatlar təqdim edib.

14484806_1446392122043608_2021634426079060997_n 14484607_1446392315376922_6186705391860968839_n 14322193_1446392888710198_6010333836513486644_n 14368703_1446392268710260_9023193691731298041_n 14484615_1446392895376864_116252592464826043_n 14485118_1446393168710170_1296375439853905621_n 14462933_1446393498710137_3269013321020979448_n 14463072_1446393962043424_1726296382858030359_n 14463093_1446394102043410_4139731470746739410_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!