EventsIqtisadiyyatTəqdimat

Azərbaycanda ilk dəfə hidravlik yükqaldırma kranı istehsal edilib

STP Şirkətlər Qrupuna daxil olan “SOCAR-STP” MMC tərəfindən Azərbaycanda ilk dəfə olaraq yeni məhsulun – stasionar dəniz platforma kranı istehsalına başlanılıb.

Frame.az xəbər verir ki, kranın əsas təyinatı yük və işçi heyətini barjdan, gəmidən dəniz platformasına qaldırma və daşıma əməliyyatlarını icra etmək üçündür.

Təqdimat mərasimində MMC-nin direktoru Fərid Ağayev müəssisə haqqında məlumat verərək, kranın iş prosesini nümayiş etdirib. Bildirib ki, “80-30 (35T)” markalı barbet üzərində olan stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin sifarişi əsasında hazırlanıb. Kranın maksimal yükqaldırma qabiliyyəti 35 metrdə 3 ton, 30 metrdə 8 ton və 5 metrdə 35 tondur.

İstehsal edilən stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin platformalarında istifadə ediləcək.

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə daxil olan “SOCAR-STP” MMC ölkədə ilk dəfə olaraq stasionar dəniz platforma kranının istehsalına dair sertifikat alıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!