Covid-19SağlamlıqTəqdimat

Azərbaycanda koronavirus infeksiyasından daha 63 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 63 nəfər müalicə olunaraq sağalıb, 101 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 336 min 223 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 338 nəfər müalicə olunaraq sağalıb, 4977 nəfər vəfat edib. Aktiv xəstə sayı 908 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 767 min 982 test aparılıb. Bugünkü test sayı isə 9851-dir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!