Covid-19SağlamlıqTəqdimat

Azərbaycanda koronavirusa 1080 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2074 nəfər müalicə olunaraq sağalıb, 1080 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 323 min 841 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 298 min 949 nəfər müalicə olunaraq sağalıb, 4617 nəfər vəfat edib. Aktiv xəstə sayı 20275 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 289 min 864 test aparılıb. Bugünkü test sayı isə 10701-dir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!