EventsFestivallarMədəniyyətTəqdimat

Bu yayın ən gözlənilən tədbiri olan DREAM Fest 2024-ə 100 gün qalıb!

Yayın ən böyük tədbirinə, DREAM Fest 2024 möhtəşəm açıq hava musiqi festivalına qədər cəmi 100 gün qalıb!

İyulun 23-28 tarixlərində Xəzər dənizinin sahilində yerləşən Sea Breeze Resort premium kurort kompleksində MDB ölkələri, Türkiyə, Böyük Britaniya, Avropa və Kanadadan məşhur musiqiçilər çıxış edəcəklər.

Xəzərin sahilində yay tətilini Sea Breeze Resort-da keçirilən və artıq ənənəvi olan musiqi festivallarsız təsəvvür etmək mümkün deyil. Bu il yay tədbirlərinin təqviminə yeni formatda və daha geniş coğrafiyası olan DREAM Fest 2024 festivalı əlavə olunacaq.

Bir sıra hedlaynerların adları artıq müəyyən olunmuşdur, onların arasında pop musiqisinin tarixində ən görkəmli prodüserlərdən biri olan, 16 Grammy mükafatının sahibi Devid Foster; 70-ci illərin əfsanəvi musiqiçisi Engelbert Hamperdink; 90-ın ulduzu Dr. Alban və 2000-in – Kreyg Devid; MDB ölkələrində birinci dəfə ən yaxşı remiks kategoriyasında Grammy mükafatının sahibi olan fenomenal DJ İmanbek; Bakıda ilk dəfə Cek Savoretti və İmani çıxış edəcəklər; festivalın birinci günü tanınmış Celentano tribute show baş verəcək və bu lineup-a yeni adlar davamlı olaraq əlavə edilməkdədir. Paytaxtımıza tez-tez gələn musiqiçilər və Azərbaycan pop musiqinin sevimli ulduzları keyfiyyətli musiqi və enerjili performanslarla sevindirəcək, beynəlxalq səviyyədə tanınan DJ-lər isə dünya hitlərini ifadə edəcəklər. Altı gün ərzində Sea Breeze Resort-da bir neçə nəsillərin ən çox qulaq asdıqları mahnılar səsləndiriləcəkdir.

Yerləşməsinə və Avropa səviyyəli infrastrukturasına görə Sea Breeze Resort dünya turizm xəritəsində yer tutmuşdur. Sea Breeze-də keçirilən konsertlərdə öncə iştirakedənlər yeni unudulmaz təəssüratlar almaq  üçün yenidən qayıdırlar. Festival barədə anonsları rəsmi İnstagram akkauntunda izləyin və sevimli musiqiçilərin çıxışlarını qaçırmayın! Bilertlər iticket.az saytında artıq satışdadır.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!